XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişilməzdir

XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişilməzdir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir və dəyişilməzdir.
Qarabağ
4 May , 2020 16:29
XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişilməzdir
Xarici İşlər Nazirliyi / Report
0 : 00
0 : 00

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir və dəyişilməzdir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva söyləyib. 

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın münaqişənin mərhələli həlli ilə bağlı parlament komissiyasında səsləndirdiyi fikirlərinə münasibət bildirən XİN rəsmisi deyib: "Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur".

Son xəbərlər

Orphus sistemi