Bakı. 17 noyabr. REPORT.AZ/ "Ermənistanın işğal olunmuş ərazilərdəki qeyri-qanuni fəaliyyəti həm Azərbaycan qanunvericiliyini, həm də beynəlxalq norma və prinsipləri pozur".
"Report" xəbər verir ki, bunu Azərbaycanın
Onun sözlərinə görə, Ermənistan belə addımlarla status-kvonu gücləndirməyə, işğal faktorunu dərinləşdirməyə çalışır.
Ermənilərin qanunsuz köçürmə yolu ilə işğal olunmuş ərazilərdə demoqrafik vəziyyəti dəyişdirməsi məsələsinə toxunan L.Abdullayeva qeyd edib ki, ATƏT 2005 və 2010-cu illərdə iki missiya həyata keçirib və bu səfərlərin yekununda ATƏT-in Minsk qrupunun həmsədrləri regionda demoqrafik dəyişikliklərə son qoyulmasının zəruriliyini vurğulayıblar.
"Azərbaycan illərdir bu faktları beynəlxalq ictimaiyyətə çatdırır", - XİN-in sözçüsü deyib.
L.Abdullayeva bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv və substantiv danışıqlara hazır olmağa davam edir: "Beynəlxalq hüquq normalarına baxmayaraq, torpaqlarımız 25 ildən artıqdır işğal altındadır. Bütün bu dövr ərzində danışıqlar masasında olmağımız danışıqlara hazır olduğumuzu göstərir".