Bakı. 9 mart. REPORT.AZ/ Vaşinqton rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə, USAID Qarabağı işğal edən Ermənistana illik maliyyə yardımını dayandırmalıdır.
“Report” xəbər verir ki, bu barədə Amerikanın “Washington Times” qəzetində dərc edilən məqalədə deyilir.
"Xarici yardım məsələsində səhvlərə yol verməmək üçün ABŞ fəaliyyət göstərən hökuməti olmayan regionların maliyyələşdirilməsini dayandırmalıdır. Məsələn, USAID tərəfindən Ermənistanın işğal etdiyi və bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağ üçün hər il verilən iki milyon dollar məbləğində yardım da bura daxildir", - məqalədə deyilir.
Müəllif xatırladır ki, ABŞ Dövlət Departamenti öz rəsmi saytında Dağlıq Qarabağı dövlət kimi rəsmi olaraq tanımır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, Dağlıq Qarabağın gələcək statusu tərəflər arasında danışıqların məsələsidir.
"Bu sözlərə dəstək olaraq tanınmayan əraziyə yardımı niyə kəsməməliyik? Hələlik isə biz Dağlıq Qarabağın işğalçısı olan Ermənistana 24 mln. dollar ayırırıq, halbuki işğalın qurbanı olan Azərbaycan Amerika yardımının çərçivəsində verilən bu məbləğin yalnız yarısını alır” - məqalədə deyilir.