Vətənin haqq müharibəsinə laqeyd qalan məşhurları tanıyaq

Vətənin haqq müharibəsinə laqeyd qalan məşhurları tanıyaq Xəbər verdiyimiz kimi sentyabrın 27-i səhər saat 06:00 radələrində işğalçı Ermənistan cəbhə xəttində növbəti təxribata əl atıb. “Report”un xəbərinə görə, Azərbaycan ordusu əkshücum əməliyyatları apararaq düşmənə sarsıdıcı zərbələr endirmiş və onları susdu
Qarabağ
163896
4 Oktyabr , 2020 12:51
Vətənin haqq müharibəsinə laqeyd qalan məşhurları tanıyaq
0 : 00
0 : 00

Sentyabrın 27-dən işğalçı Ermənistan cəbhə xəttində növbəti təxribata əl atıb. Azərbaycan Ordusu əks-hücum əməliyyatları apararaq düşmənə sarsıdıcı zərbələr endirib. Artıq 8 gündür davam edən məhz bu əməliyyatlar zamanı rəşadətli Ordumuz bir sıra yaşayış məntəqələrini azad edib.

Qəhrəman əsgərlərimizin davamlı uğurlarını həm ölkə rəhbərliyi, həm tanınmış şəxslər, həm də beynəlxalq ictimaiyyət təqdir edib. Azərbaycanın haqq səsinə tanınmış şəxslər dəstək verərək ölkəmizin öz tarixi torpaqlarını azad etməkdə haqlı olduğunu qeyd edirlər.

Azərbaycan Ordusuna və xalqına xaricdə yaşayan həmvətənlərimizin də dəstəyi gecikmədi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar müxtəlif formada birlikdə olduqlarını nümayiş etdirdilər.

Bütün bu müsbət məqamlarla yanaşı, bəzi soydaşlarımızın tutduqları mövqe insanlarımızda təəssüf hissi doğurur.

"Report"un apardığı araşdırma nəticəsində məlum olub ki, müxtəlif sahələrdəki fəaliyyətləri ilə nüfuz qazanmış və sosial şəbəkələrdə çoxmilyonluq izləyicisi olan bəzi azərbaycanlı müğənni, bloger və digərləri Ordumuzun son günlər əldə etdiyi uğurlar barədə heç bir məlumat paylaşmayıblar.

“Instagram”da 5,1 milyonluq izləyicisi olan Sübhan Məmmədov

14,4 milyon izləyicisi olan Hüseyn Həsənov,

1,1 milyon izləyiciyə sahib Elman 

1,3 milyon izləyicisi olan Hammali 

1,3 milyon izləyicisi olan Nəvaib

910 minlik izləyicisi olan Rauf & Faik bu sıradadır.

Bununla bağlı sosial şəbəkə istifadəçilərinin onlara ünvanladıqları haqlı etirazlar isə cavabsız qalıb. Sosial media qruplarında və forumlarda istifadəçiləri əslən azərbaycanlı olan və əksəriyyətinin Rusiyada yaşadığı bu incəsənət nümayəndələrinin belə davranmasını erməni izləyiciləri ilə əlaqələndirirlər. İddialara görə, onlar məhz fanatlarının xoşuna gəlməz deyə önəmli günlərdə Vətənin yanında olmaqdan çəkinirlər. Bu fakt da azərbaycanlıların hiddətinə səbəb olub. Necə olur ki, konsert vermək üçün Bakıya gələndə bütün zalları doldurmaq üçün heç bir resurslarını əsirgəmirlər, digər tərəfdən, Rusiyada konsert verən zaman azərbaycanlılar zalları doldurur, Vətənin belə taleyüklü günündə isə onlar özlərini neytral göstərirlər. 

Son xəbərlər

Orphus sistemi