Vətən müharibəsinin cəsur döyüşçüsünün xatirəsi anılıb

Vətən müharibəsinin cəsur döyüşçüsünün xatirəsi anılıb Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Əmənov Məhəmməd İltizam oğlunun xatirəsi ehtiramla anılıb.
Qarabağ
20 Oktyabr , 2021 11:16
Vətən müharibəsinin cəsur döyüşçüsünün xatirəsi anılıb

Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Əmənov Məhəmməd İltizam oğlunun xatirəsi ehtiramla anılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, anım mərasimi rayonun Bağbanlar kəndində keçirilib.

Anım mərasimində qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı da olub.

Qeyd edək ki, Məhəmməd İltizam oğlu Əmənov - 18 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Kənd tam orta məktəbində orta təhsil almışdır. əhəmməd hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdaraq gizir kimi xidmətini davam etdirməyə başlayır.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş, düşmənə qarşı hücumda iştirak edib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində döyüşlərə Goranboy istiqamətində tank komandiri kimi qatılıb. Suqovuşanın alınmasında, Tərtər bölgəsində və Ağdərə istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid Məhəmməd Əmənov 20 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Bağbanlar kənd məzarıstanlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Məhəmməd İltizam oğlu Əmənov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi