Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə xərcləndiyi məlum olub.
"Report" xəbər verir ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.
Belə ki, öhdəliyə götürülən 4 882 şəxsdən 3 058 nəfərinə dəstək göstərilib və bu istiqamətdə 14 384 996,29 manat sərf olunub.
Ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü:
Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 11 493 302,00, borc öhdəliklərinin qarşılanması üçün 1 962 312,35, tibbi xərclərin ödənilməsi üçün 1 030 168,14, təhsil xərclərinin ödənilməsi üçün 51 305,54 manat xərclənib.
Ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsü:
Evin təmiri üçün 8 591 678,00, bank borcları üçün 1 902 872,56, əməliyyat və xəstəxana xərcinin qarşılanması üçün 84 343,82, həmçinin müalicə xərcinin qarşılanması üçün 780 312,31, qeyri-bank borcları üçün 59 439,79, təhsil haqqının ödənilməsi üçün 49 304,54, istilik sisteminin quraşdırılması üçün 8 008 manat və digər məsələlərlə bağlı vəsait sərf olunub.
Qeyd edək ki, indiyədək fondda 30 438 901,64 manat toplanıb. Həmin vəsaitin 14 384 996,29 manatı xərclənib. Vəsaitin qalığı isə 16 053 905,35 manatdır.