Uorlik: Hərbi vəziyyətin gərginləşməsi helikopterin ekipaj üzvlərinin meyitlərini qaytarmağa kömək etməyəcək

Qarabağ
  • 22 noyabr, 2014
  • 06:14
Uorlik: Hərbi vəziyyətin gərginləşməsi helikopterin ekipaj üzvlərinin meyitlərini qaytarmağa kömək etməyəcək

Bakı. 22 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağda hərbi vəziyyətin gərginləşməsi helikopterin ekipajı üzvlərinin cəsədlərini qaytarmağa kömək etməyəcək. Biz tərəfləri dialoqa və diplomatiyaya çağırırıq". "Report" xəbər verir ki, bu barədə öz Twitter səhifəsində ATƏT-in Minsk qrupunun (MQ) amerikalı həmsədri Ceyms Uorlik yazıb. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

ATƏT-in MQ həmsədrləri bu günlərdəki bəyanatlarında tərəfləri helikopterin qalıqlarına yaxınlaşa bilmək üçün onun düşdüyü yerin bilavasitə yaxınlığında atəşkəsi qorumağa çağırıblar.