Uorlik: "Dağlıq Qarabağda neytral ərazi yoxdur"

Uorlik: "Dağlıq Qarabağda neytral ərazi yoxdur" Ceyms Uorlik ATƏT-in MQ həmsədrlərinin birgə bəyanatını izah edib
Qarabağ
20 Noyabr , 2014 17:25
Uorlik: Dağlıq Qarabağda neytral ərazi yoxdur

Bakı. 20 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ATƏT-in MQ həmsədrlərinin təmas xəttində "neytral ərazi"nin olmasına dair birgə bəyanatın aydınlıq gətirib. "Report" xəbər verir ki, C.Uorlik bununla bağlı öz twitter səhifəsində yazıb: "Dəqiq olsaq, Dağlıq Qarabağda neytral ərazi yoxdur, lakin tərəflərin silahlı qüvvələrini ayıran "sahibsiz torpaq" var".

Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatına əsasən, noyabr ayının 12-də vurulmuş Ermənistanın Mi-24 hərbi helikopterinin qalıqları "təmas xəttinin neytral ərazisinin minalanmış hissəsində" yerləşir. 

Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, ATƏT-in MQ həmsədrlərinin bu cür bəyanatları Azərbaycana qarşı təxribatdır. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun üzv ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyib və qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi