UNDP nümayəndəsi: "Azərbaycandakı fəaliyyətdə minatəmizləmə əsas istiqamətlərdəndir"

UNDP nümayəndəsi: "Azərbaycandakı fəaliyyətdə minatəmizləmə əsas istiqamətlərdəndir" Birləşmiş Mi llətlər İnkişaf Proqramının (UNDP) Azərbaycandakı fəaliyyətində minatəmizləmə başlıca istiqamətlərdəndir.
Qarabağ
1 Aprel , 2022 16:04
UNDP nümayəndəsi: Azərbaycandakı fəaliyyətdə minatəmizləmə əsas istiqamətlərdəndir

"Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Azərbaycandakı fəaliyyətində minatəmizləmə başlıca istiqamətlərdəndir".

Bunu “Report”a UNDP-nin Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Suhrob Hocimatov bildirib. 

“Texnologiyalar, sistemlər dəyişir. Biz də bütün bunları Azərbaycandakı minatəmizləmə işləri üçün istifadə etmək istəyirik. Bunun nəticəsində minatəmizləmədə vaxt və vəsait qənaətinə nail olunar, işlərin səmərəsi artar, bu da daha çox insan həyatını qorumaq imkanı yaradar” – deyə o vurğulayıb.

Xatırladaq ki, bu gün Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfrans işə başlayıb.

Gündəlikdə duran əsas məsələlər minatəmizləmə üzrə qlobal səylərin aktivləşdirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qurumlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, bu sahədə qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzuları əhatə edir.

Ümumilikdə, tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.

Son xəbərlər

Orphus sistemi