UNDP: "Bakı konfransı minatəmizləmə sahəsində təcrübə mübadiləsi üçün mühüm platformadır"

UNDP: "Bakı konfransı minatəmizləmə sahəsində təcrübə mübadiləsi üçün mühüm platformadır" “Bakıda keçirilmiş beynəlxalq konfrans minatəmizləmə sahəsində təcrübə mübadiləsi üçün mühüm platformadır”.
Qarabağ
1 Aprel , 2022 19:27
UNDP: Bakı konfransı minatəmizləmə sahəsində təcrübə mübadiləsi üçün mühüm platformadır

“Bakıda keçirilmiş beynəlxalq konfrans minatəmizləmə sahəsində təcrübə mübadiləsi üçün mühüm platformadır”.

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Suxrob Xocimatov Bakıda keçirilmiş “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransın yekunlarına dair brifinqdə deyib.

S.Xocimatov konfransın bütün iştirakçılarına təşəkkürünü bildirib və bu cür tədbirlərin Bakıda bundan sonra da keçiriləcəyinə ümid etdiyini bildirib: “Bu iki gün minatəmizləmə ilə bağlı müxtəlif sahələrdə məlumat və təcrübə mübadiləsi baxımından çox faydalı oldu. Belə platformalar çox vacibdir və onların vaxtında keçirilməsi son dərəcə önəmlidir. Analoji tədbirlərin Bakıda bundan sonra da keçiriləcəyini ümid edirik, bu sahədə işimizi davam etdirəcəyik”.

Konfransda qlobal minatəmizləmə işlərinin intensivləşdirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, bu prosesdə dövlət təşkilatlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin birgə iştirakı, qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzular müzakirə olunub.

Tədbirdə dünyanın 30 ölkəsindən 120-yə yaxın iştirakçı, o cümlədən Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə sahəsində ixtisaslaşmış strukturların 20 rəsmisi iştirak edib. İştirakçılar arasında həmçinin xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də olub.

Son xəbərlər

Orphus sistemi