Ukraynalı səyyah: “Xocalı faciəsi çoxları üçün böyük tarixi dərs olmalıdır”

Ukraynalı səyyah: “Xocalı faciəsi çoxları üçün böyük tarixi dərs olmalıdır” “Zəngəzur dəhlizinin tikilməsi ilə bağlı genişmiqyaslı işlərin görüldüyü göz qabağındadır”.
Qarabağ
18 Fevral , 2022 10:43
Ukraynalı səyyah: “Xocalı faciəsi çoxları üçün böyük tarixi dərs olmalıdır”

“Zəngəzur dəhlizinin tikilməsi ilə bağlı genişmiqyaslı işlərin görüldüyü göz qabağındadır”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan 21 ölkənin tanınmış səyyahlarından ibarət qrupun üzvü, ukraynalı səyyah Orest Zub bildirib.

Səyyahlar Zəngəzur dəhlizinin Zəngilan rayonu ərazisindən keçən hissəsində dəmir yolunun bərpası üzrə aparılan işlərin gedişatı ilə tanış olublar.

Ukraynalı səyyah səfərin maraqlı keçdiyini bildirib: “Bu, çoxları üçün böyük tarixi dərs olmalıdır. Müxtəlif geosiyasi vəziyyətlərdə necə davranmaqla bağlı xeyli nəticələr çıxarmaq olar”.

Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşən Orest Zub bu cür hadisələrin gələcəkdə təkrarlanmamasının vacibliyini qeyd edib: “Xocalı haqqında müxtəlif məqalələr oxumuşam. Çıxardığım əsas nəticə budur ki, soyqırımlara yol vermək olmaz, çünki bundan insanlar əziyyət çəkir. Bəşər tarixində bu cür hallar o qədər baş verib ki, artıq bir nəticə çıxarmaq lazımdır, lakin təəssüf ki, bu cür hadisələr təkrarlanır”.

Xatırladaq ki, fevralın 16-da tanınmış xarici səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə üç günlük səfəri başlayıb. Səfər zamanı onlar azad edilmiş ərazilərin tarixi-mədəni abidələri, ermənilərin işğal dövründə törətdikləri dağıntılar, həmçinin Azərbaycan hökumətinin bu regionun infrastrukturunun bərpası istiqamətində həyata keçirdiyi işlərlə tanış olurlar.

Səyyahlar fevralın 16-da Şuşa və Ağdamda, fevralın 17-də isə Kəlbəcər və Laçında olublar.

Son xəbərlər

Orphus sistemi