Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb

Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb Reportajda Ağdam şəhəri, ermənilərin şəhəri necə viran qoyması ilə bağlı görüntülər də yer alıb
Qarabağ
2 Mart , 2021 16:12
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb

Ukraynanın “5 kanal” telekanalında Xocalı soyqırımı ilə bağlı xüsusi reportaj yayımlanıb.

"Report" xəbər verir ki, reportajda 1992-ci ildə Xocalı şəhərinin blokadaya alındığı və sonra oraya hücumun edildiyi bildirilib.

Ukraynalı jurnalist faciə zamanı ermənilərin insanlıq və bəşəriyyət əleyhinə törətdikləri müharibə cinayətləri barədə Xocalı soyqırımı şahidlərinin fikirlərini öyrənib. Reportajda bildirilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.

Ukraynalı jurnalist vurğulayıb ki, Azərbaycan 44 günlük müharibədən sonra torpaqlarını işğaldan azad edib.

Reportajda Ağdam şəhəri, ermənilərin şəhəri necə viran qoyması ilə bağlı görüntülər də yer alıb.

Son xəbərlər

Orphus sistemi