Türkiyənin Müdafiə naziri Füzulinin azad olunması münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

Türkiyənin Müdafiə naziri Füzulinin azad olunması münasibətilə Azərbaycan Ordusunu təbrik etdi “Ermənistanın törətdiyi bu vəhşiliyə səsiz qalanları tarix bağışlamayacaq”.
Qarabağ
3031
17 Oktyabr , 2020 13:47
Türkiyənin Müdafiə naziri Füzulinin azad olunması münasibətilə Azərbaycan Ordusunu təbrik etdi
Hulusi Akar

“Ermənistanın törətdiyi bu vəhşiliyə səssiz qalanları tarix bağışlamayacaq”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığında bildirib.

“Ermənistan yenə körpə, qadın, yaşlı demədən azərbaycanlı qardaşlarımızı qətlə yetirib. Ermənistan müharibə cinayəti törətməklə “atəşkəs”, “müzakirə” çağırışı edənlər isə bu hücumları uzaqdan izləməkdə davam edirlər. Mülki sakinlərə ballastik raketlərlə hücum əmrini verənlər mütləq bunun hesabını verəcək, bu vəhşiliyə səssiz qalanları da tarix əsla bağışlamayacaq.

Ərazi bütövlüyünü qorumaq, öz torpaqlarına qovuşmaq uğrunda mübarizəsində türk qardaşlarımızın yanında olmağa, haqlı davalarında bütün imkanlarımızla onları dəstəkləməyə davam edəcəyik”, - Türkiyənin Müdafiə naziri bildirib.

Füzuli şəhərinin işğaldan azad edilməsi, Ermənistana məxsus “Su-25” qırıcının vurulması münasibəti ilə Azərbaycan Ordusunu təbrik edən H.Akar bütün şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Son xəbərlər

Orphus sistemi