Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir

Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir Türkiyənin milli müdafiə naziri Hülusi Akar Azərbaycana səfərə gəlib.
Qarabağ
3027
31 Dekabr , 2020 10:41
Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir
Hulusi Akar və Zakir Həsənov

Türkiyənin milli müdafiə naziri Hülusi Akar Azərbaycana səfərə gəlib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazir Qarabağda atəşkəsə nəzarət üçün Ağdam rayonunda yerləşəcək Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzində xidmət edəcək türkiyəli hərbçilərlə görüşüb.

Onu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi orgeneral Yaşar Güler və digərləri müşayiət ediblər.

“Biz vəzifəmizi yerinə yetirməyə hazırıq. Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək. Azərbaycanlı qardaşlarımızın hüquqlarını müdafiə etmək üçün vəzifəmizi yerinə yetirəcəyik", - H.Akar deyib.

Son xəbərlər

Orphus sistemi