Bakı. 27 fevral. REPORT.AZ/ "Xocalı şəhərində erməni quldurlarının vəhşiliyinin qurbanı olmuş həmvətənlərimizin xatirəsini anıram".
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar "Twitter"dəki mikrobloquna yazıb.
Yıldırım qeyd edib ki, 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı faciəsinin ağrısı müqayisəyə gəlməzdir.
"Bu qətliam türk millətinin ümumi dərdidir", - deyə Türkiyənin baş naziri bildirib.