Bakı. 30 aprel. REPORT.AZ/ Türkiyə Azərbaycanın işğal altında olan
Türkiyə KİV-inin məlumatına görə, sənəddə bildirilib ki, bu "seçkilər" beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqda ATƏT-in prinsiplərinə ziddir: "Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulmasına səbəb olacaq bu tədbiri qınayır, onu qanunsuz elan edərək nəticələrini tanımırıq. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağın işğalının ədalətli və davamlı həlli yolunda görülən işləri dəstəkləməkdə davam edəcək".