Bakı. 21 fevral. REPORT.AZ/ "ATƏT məkanında həll olunmamış münaqişələrin nizamlanması üçün səyləri ikiqat artırmaq lazımdır".
"Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli Vyanada ATƏT PA-nın qış sessiyasının açılışında deyib.
ATƏT PA-nın prezidenti çıxışı zamanı
"Yüksək səviyyədə Dağlıq Qarabağ münaqişəsinin həlli və onun ətrafındakı gərginliyin azaldılması üçün intensiv səylər göstərilir, eyni zamanda Gürcüstandakı münaqişənin həllində heç bir irəliləyiş yoxdur", - G.Tsereteli deyib.