ABŞ Prezidenti Donald Trampın xüsusi işlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının baş direktoru, Rusiya məsələləri və Avrasiya Şurasının milli təhlükəsizliyi üzrə direktoru Fiona Hill Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Təhlükəsizlik Şurası yayıb.
Vaşinqtonda keçirilən görüşdə
Görüşdə ABŞ-ın Ermənistana sərmayə və maliyyə dəstəyi göstərməsi məsələsi də müzakirə edilib.
Qeyd edək ki, ABŞ-ın Yerevandakı səfiri Linn Treysi Ermənistanın baş naziri Nikol Paşinyanın anti-Amerika bəyanatlarından narazı qaldığını bildirmişdi. L.Treysi ABŞ-ın son 28 ildə Ermənistana 2 milyard dollara yaxın sərmayə qoyduğunu qeyd etmişdi.