Tərtərdə Qarabağ qələbəsi böyük coşqu hissi ilə qarşılanıb

Tərtərdə Qarabağ qələbəsi böyük coşqu hissi ilə qarşılanıb Qarabağ müharibəsində qazanılan qələbə ölkənin hər bir diyarında qeyd edirlər.
Qarabağ
10 Noyabr , 2020 20:15
Tərtərdə Qarabağ qələbəsi böyük coşqu hissi ilə qarşılanıb

Qarabağ müharibəsində qazanılan qələbə ölkənin hər bir diyarında qeyd edirlər.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Qarabağ zəfəri Tərtər şəhərində də böyük coşqu hissi ilə qarşılanıb.

Belə ki, şəhərin Şıxarx qəsəbəsində insanlar bayramı qeyd edir. Sakinlər bir-birlərini təbrik edir, şüarlar səsləndirir və musiqi sədaları altında rəqs edirlər.

Rayon camaatı bu Qarabağ zəfərinin sevincini onlara bəxş edən və yaşadan Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatı ilə başladığı və bu gün Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsindən sonra respublikamızın şəhər və rayonlarında vətəndaşlar küçələrə çıxaraq bu tarixi günün sevincini birlikdə bölüşürlər.

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi