Sədr: "Şuşaya gedən Zəfər yolunda tamamlanma işləri görülür"

Sədr: "Şuşaya gedən Zəfər yolunda tamamlanma işləri görülür" "Müzəffər Ali Baş Komandanımızın və qətiyyətli ordumuzun 44 günlük müharibədə azad etdiyi Şuşa şəhəri 29 ildir ki, sizin yolunuzu gözləyir".
Qarabağ
19 Avqust , 2021 12:53
Sədr: Şuşaya gedən Zəfər yolunda tamamlanma işləri görülür
Məftun Abbasov

"Müzəffər Ali Baş Komandanımızın və qətiyyətli ordumuzun 44 günlük müharibədə azad etdiyi Şuşa şəhəri 29 ildir ki, sizin yolunuzu gözləyir".

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şuşalıları qarşılayan zaman çıxışında deyib.

"Hamınız doğma şəhərinizə xoş gəlmisiniz. Əgər xatırlayırsınızsa, müharibənin davam etdiyi dövrdə jurnalist cənab Prezidentə Şuşa haqqında sual vermişdi. Prezident də demişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Ali Baş Komandan Şuşa azad edildikdə bu şad xəbəri elan edərkən sanki Şuşaya canlıya müraciət edirmiş kimi dedi: "Əziz Şuşa, sən azadsan! Biz səni dirçəldəcəyik!".

M.Abbasov daha sonra şəhərdə görülən işlərlə bağlı şuşalılara məlumat verib:

"Doğrudan da indi siz gördüyünüz Şuşa ilə 6 ay bundan qabaqkı Şuşa arasında xeyli fərq var. Şuşada bir sıra təmizlik və abadlıq işləri həyata keçirilib, bir sıra sosial iaşə obyektləri istifadəyə verilib.

Burada ilk olaraq Prezidentin Xüsusi nümayəndəliyinin, Şuşa Dövlət Qoruğu İdarəsinin yaradılması, Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanması - bunlar hamısı əyani sübutdur. Cənab Prezidentin Şuşaya göstərdiyi xüsusi bir önəm vardır.

Başqa bir nüanslardan biri də sizi buraya gətirən şanlı ordumuzun açdığı Zəfər yolu ilə bağlıdır. Artıq bu yolda da tamamlanma işləri gedir. Yaxın vaxtlarda istifadəyə veriləcək. Şuşada minatəmizləmə, silah-sursatlardan təmizləmə əməliyyatları həyata keçirilir. Yaxın vaxtlarda bu da bitəcək.

Bunlar bizim buraya gəlməyimizə mane olan amillərdən idi. Artıq Prezidentin xüsusi nəzarəti ilə bütün maneələr aradan qaldırılır və bundan sonra buraya gəlib-getmək mütəmadi olacaq, Şuşanın qapısı şuşalılara açıqdır. İlk olaraq biz üstünlüyü yaşlı nəslin nümayəndəsi olan şuşalılara veririk.

Sonda bu hissləri bizə yaşatdığı üçün Ali Baş Komandana, müzəffər ordumuza təşəkkür edirik. Şəhidlərimizin qarşısında baş əyirik. Qazilərimizə isə Allahdan şəfa diləyirik".

Son xəbərlər

Orphus sistemi