Sergey Lebedev: "Biz Azərbaycan və Ermənistan XİN başçılarına müraciətimizin həyata keçiriləcəyinə ümid edirik"

Sergey Lebedev: "Biz Azərbaycan və Ermənistan XİN başçılarına müraciətimizin həyata keçiriləcəyinə ümid edirik" "Bütün MDB ölkələri hərbi əməliyyatların dayandırılmasından məmnunluğunu bildiriblər"
Qarabağ
8 Aprel , 2016 14:18
Sergey Lebedev: Biz Azərbaycan və Ermənistan XİN başçılarına müraciətimizin həyata keçiriləcəyinə ümid edirik

Bakı. 8 aprel. REPORT.AZ/ MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsi zonasında yaranan vəziyyət müzakirə olunub. 

"Report" xəbər verir ki, bu barədə MDB-nin icra katibi Sergey Lebedev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya XİN başçısı Sergey Lavrov iclasda Bakıda bu problemlə bağlı keçirilən görüşlərinin nəticələri haqqında məruzə edib: "Bundan başqa, Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Edvard Nalbandyan bu məsələylə bağlı mövqelərini bildiriblər". 

S.Lebedev əlavə edib ki, bütün MDB ölkələri hərbi əməliyyatların dayandırılmasından məmnunluğunu ifadə ediblər: "Biz vəziyyətə görə çox narahatıq. Hər kəs tərəflərin sülh danışıqlarına qayıtmasını istəyib. Problem mürəkkəbdir və biz ümid edirik ki, MDB XİN başçılarının Azərbaycan və Ermənistandan olan həmkarlarına müraciətləri həyata keçiriləcək". 

Son xəbərlər

Orphus sistemi