Bakı. 22 fevral. REPORT.AZ/ “Rusiya son illər Azərbyacan və Ermənistan prezidentlərinin, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkənin rəhbərliyinin iştirak ilə imzalanan sənədlərə tam uyğun olaraq, münaqişənin məqbul həllini tapmağı davam etdirməyin tərəfdarıdır”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edurad Nalbandyanla görüşdən sonra bildirib.
“Mən bütövlükdə danışıqların bizim müttəfiqlik münasibətlərimizin inkişafına gələcəkdə yardım edəcəyinə əminəm”, - deyə S.Lavrov vurğulayıb.
Qeyd edək ki, bu gün Moskvada Sergey Lavrov Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanla görüşüb. Görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi məsələsi də müzakirə edilib.