Şəhid kəşfiyyatçının atasına vəsiyyəti

Şəhid kəşfiyyatçının atasına vəsiyyəti Vətən müharibəsi xalqımızın igid oğullarının qəhrəmanlıqları ilə yadda qaldı
Qarabağ
8 Fevral , 2021 11:45
Şəhid kəşfiyyatçının atasına vəsiyyəti

Vətən müharibəsi xalqımızın igid oğullarının qəhrəmanlıqları ilə yadda qaldı. Belə igidlərdən də biri Silahlı Qüvvələrin kapitanı, şəhid Samid Əsgərovdur.

“Report”un Muğan bürosu şəhidin yaşadığı Neftçala rayonunun Boyat kəndində olub.

Əsgərov Samid Gülmalı oğlu 1989-cu il oktyabr ayının 12-də Neftçala rayonunun Boyat kəndində doğulub. 2005-ci ildə Elton Həbibov adına 4 saylı tam orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub və 2008-ci ildə həmin liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib.

Ali məktəbi bitirdikdən sonra peşəkar hərbçi kimi xidmətə başlayıb. Müxtəlif hərbi vəzifələrdə xidmət edən edən S.Əsgərov oxuduğu və işlədiyi müddətdə bir sıra diplom və sertifikatlarla təltif olunub.

Həmçinin "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində ilk gündən döyüşlərdə başlayan Samid Səmədov dəfələrlə düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirib.

Sonuncu dəfə Füzuli istiqamətində iştirak etdiyi döyüşdə qəhrəmancasına şəhid olub.

S.Əsgərov göstərdiyi şücaətlərinə görə, Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi