Şəhid Anar Novruzov dəfn olundu - YENİLƏNİB
Qarabağ
- 14 iyul, 2020
- 22:31
Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun tabutu doğulduğu Masallı rayonuna gətirilib.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, o, doğulduğu Ərkivan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Şəhidin cənazəsini qarşılamaq üçün çoxlu sayda rayon sakini yollara çıxaraq ehtiramlarını bildiriblər. Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi və yerli sakinlər iştirak ediblər. Hazırkı pandemiya dövründə insanların təhlükəsizliyi nəzərə alınaraq dəfndə iştirak edən insanlara qoruyucu maskalar paylanıb.
Qeyd edək ki, şəhid A.Novruzov ailəli olub, iki övladı var.
Şəhid Anar Novruzov dəfn olundu - YENİLƏNİB
Son xəbərlər
18:12
Avqustda 179 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib
Xarici siyasət18:12
"Sumqayıt" klubunda iclas keçirilib, komandanın yeni kapitanı açıqlanıb
Futbol18:10
Ötən ay Azərbaycandan 113 nəfər deportasiya edilib
Daxili siyasət18:09
Azərbaycan Rusiyadan 7 ayda buğda tədarükünü 6 dəfəyə yaxın artırıb
ASK18:06
Foto
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Xarici siyasət18:02
Foto
Azərbaycanda daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim edilib
ASK17:59
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb
Xarici siyasət17:57
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olunub
Elm və təhsil17:57