Sankt-Peterburqda Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilir

Sankt-Peterburqda Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilir Serj Sarqsyan: "Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunmalıdır"
Qarabağ
20 iyun 2016 12:13
Sankt-Peterburqda Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilir

Bakı. 20 iyun. REPORT.AZ/ Sankt-Peterburqda Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarqsyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirəsi çərçivəsində görüşü başlayıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Ermənistanın dövlət başçısı Rusiya prezidenti ilə görüşü zamanı vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi yalnız sülh yolu ilə həll olunmalıdır.

Daha sonra Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü gözlənilir, bundan sonra isə üç prezident birgə danışıqlar aparacaq.

Son xəbərlər

Orphus sistemi