Sami Əl Həcc: "Ağdamda törədilənlər bəşəriyyətə qarşı cinayətdir"

Sami Əl Həcc: "Ağdamda törədilənlər bəşəriyyətə qarşı cinayətdir" "Ağdamın minalarla çirkləndirilməsi bəşəriyyətə qarşı cinayətdir".
Qarabağ
31 Mart , 2022 13:14
Sami Əl Həcc: Ağdamda törədilənlər bəşəriyyətə qarşı cinayətdir

"Ağdamın minalarla çirkləndirilməsi bəşəriyyətə qarşı cinayətdir".

“Report” xəbər verir ki, bunu “Əl-Cəzirə” media şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami əl-Həcc bildirib.

Onun sözlərinə görə, bu, beynəlxalq səviyyədə qadağan olunub.

“Məcburi köçkünlərin geri qayıda bilməsi üçün Azərbaycanın apardığı minatəmizləmə fəaliyyəti ilə tanış olmaq üçün bu gün Ağdama gəlmişik”, - o deyib.

Xatırladaq ki, “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransın iştirakçılarının Ağdam şəhərinə səfəri başlayıb.

ANAMA və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə martın 31-dən aprelin 1-dək Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı hibrid beynəlxalq konfrans keçiriləcək. Tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.

Son xəbərlər

Orphus sistemi