Salyanda şəhidin xatirəsinə ehsan bulağı istifadəyə verildi

Salyanda şəhidin xatirəsinə ehsan bulağı istifadəyə verildi Salyanda Vətən müharibəsi şəhidi Əliəkbər Bəndəliyevin xatirəsinə ehsan bulağının açılışı olub
Qarabağ
26 Aprel , 2021 08:41
Salyanda şəhidin xatirəsinə ehsan bulağı istifadəyə verildi

Salyanda Vətən müharibəsi şəhidi Əliəkbər Bəndəliyevin xatirəsinə ehsan bulağının açılışı olub.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Çadırlı kəndində inşa olunan bulağın açılışında şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidin qəhrəmanlıqla dolu həyatından danışılıb, onunla bağlı xatirələr söylənilib. Sonra şəhidin anası bulağın rəmzi qırmızı lenti kəsib. Sonda məktəblilər Vətən, torpaq, qəhrəmanlıq mövzusunda şeirlər söyləyiblər.

Qeyd edək ki, şəhid Əliəkbər Bəndəliyev 2001-ci ildə Salyanın Çadırlı kəndində doğulub. Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 10 oktyabr 2020-ci ildə gedən ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb.

Ə.Bəndəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi