“Ermənistan baş naziri Nikol Paşinyan gah belə danışır, gah elə. Gah danışıqlara hazır olduğunu, gah da olmadığını deyir. Bir gün ərzində bununla bağlı fikirləri tamamilə dəyişə bilir. Amma məhz onun “əraziləri sülh üçün vermərəm” sözləri üzündən illərlə davam etmiş danışıqlar prosesi puç oldu. Bu müharibəni özü qızışdırdı, indi də dünyanın bütün ermənilərini silaha sarılmağa çağırır”.
Bu fikirləri “Report”un Rusiya bürosuna açıqlamasında politoloq Qriqori Trofimçuk dilə gətirib.
“Halbuki Bakı daima danışıqlar prosesinə sadiq olduğunu təsdiq edir, danışıqların konstruktiv aparılmasının vacibliyini vurğulayır. Əslində bu, hər sahə üçün zəruri şərtdir. Mənasız yerə aparılan, sonu görünməyən danışıqlar nəyə lazımdır? Odur ki, Qarabağ münaqişəsinin dinc yolla həlli üçün imkanlar olub, indi də var”, - politoloq qeyd edib.
“Bundan əvvəl Nikol Paşinyanın KTMT kimi oturuşmuş bir sistemi tar-mar etmək üçün bu təşkilatın erməni baş katibini həbs etdirdiyini də xatırlatmaq yerinə düşər. Ondan sonra KTMT xeyli müddət fəaliyyətdən qalmışdı. İndi də Qarabağ məsələsinə dair eyni cür hərəkət etdi. Yəni burada onun səciyyəvi dəst-xətdi açıq-aşkar sezilir”, - rusiyalı ekspert vurğulayıb.