Rusiyalı ekspert: "Xocalı soyqırımını unutmaq mümkün deyil"

Rusiyalı ekspert: "Xocalı soyqırımını unutmaq mümkün deyil" Xocalıda törədilmiş soyqırımını bağışlamaq, unutmaq mümkün deyil.
Qarabağ
24 Fevral , 2022 15:40
Rusiyalı ekspert: Xocalı soyqırımını unutmaq mümkün deyil
Yevgeni Mixaylov

"Xocalıda törədilmiş soyqırımını bağışlamaq, unutmaq mümkün deyil".

Bunu “Report”a millətlərarası münaqişələr üzrə ekspert, Rusiya Jurnalistlər Birliyinin üzvü Yevgeni Mixaylov deyib.

“Mən bir rusam, babalarım Böyük Vətən müharibəsində vuruşub, canlarından keçiblər, ona görə də dinc əhaliyə qarşı faşistlərin davranışlarından yaxşı xəbərdaram. Amma erməni yaraqlılarının Xocalıda törətdikləri qırğından sonra azərbaycanlıların nələr hiss etdiklərini hətta mən də təsəvvürümə gətirməyə çətinlik çəkirəm. Qatillərin törətdiyi soyqırımı heç vaxt heç kim unutmaz. Özü də bu soyqırımını törədənlər o vaxt cəbhədə bir yerdə vuruşanların övladlarıdır, o vaxtlar hamı vətən üçün döyüşüb, heç bir ayrı-seçkilik olmayıb” – deyə rusiyalı ekspert vurğulayıb.

Onun fikrincə, həmin faciə Azərbaycan xalqının yaddaşına həkk olunub və yalnız törədilən qətllərə görə Ermənistan xalqının səmimi üzrxahlıqları o faciənin acısını bir qədər yüngülləşdirə bilər.

Rusiyalı jurnalistin qənaətincə, Xocalı qırğını unudulmamalı və bənzər hadisələrin bir daha baş verməməsi naminə hər kəsə xatırladılmalıdır.

“Baiskarların hamısı yaşı və zamanı nə olursa-olsun, cəzasını çəkməlidir” – deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi