Rusiyalı ekspert: "Üçtərəfli bəyanatın bir çox bəndləri yerinə yetirilmir"

Rusiyalı ekspert: "Üçtərəfli bəyanatın bir çox bəndləri yerinə yetirilmir" “Azərbaycan, Ermənistan, Rusiya liderlərinin imzaladıqları üçtərəfli bəyanatın bir çox müddəalarının yerinə yetirilmədiyi göz qabağındadır. Bunun günahı həm Rusiyada, həm də Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisindədir”.
Qarabağ
27 Sentyabr , 2021 17:19
Rusiyalı ekspert: Üçtərəfli bəyanatın bir çox bəndləri yerinə yetirilmir
İqor Korotçenko

“Azərbaycan, Ermənistan, Rusiya liderlərinin imzaladıqları üçtərəfli bəyanatın bir çox müddəalarının yerinə yetirilmədiyi göz qabağındadır. Bunun günahı həm Rusiyada, həm də Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisindədir”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

“Zəngəzur nəqliyyat dəhlizinin açılmasına dair bənd indiyədək yerinə yetirilməyib. Həmçinin sərhədlərin demarkasiyası və delimitasiyası da həyata keçirilməyib” – deyən ekspert qeyd edib ki, Qarabağ müharibəsinin qalibi Azərbaycan olsa da, çox məsələlər qarşıdakı bir il ərzində həllini tapacaq: “Bunun üçün tərəflərə üçtərəfli bəyanatın bəndlərini yerinə yetirməklə bağlı ekspert rəyi verilməlidir. Regionun gələcəyinin sülh və əməkdaşlıqla bağlı olduğu artıq bəllidir. Hazırkı vəziyyətdə əməli addımlar daha zəruridir”.

Son xəbərlər

Orphus sistemi