Rusiyalı deputat: “Ermənistan danışıqların pozulmasına səbəb oldu”

Rusiyalı deputat: “Ermənistan danışıqların pozulmasına səbəb oldu” "Münaqişəyə son qoymağın yeganə yolu Ermənistan tərəfindən qeyd-şərtsiz işğal altında olan torpaqlardan bütün hərbi qüvvələrin çıxarılması və sülh prosesinə başlanmasıdır".
Qarabağ
28 Sentyabr , 2020 13:09
Rusiyalı deputat: “Ermənistan danışıqların pozulmasına səbəb oldu”
Dmitri Savelyev

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin danışıqlar, sülh yolu vasitəsilə həll olunması mövqeyində olub və bu mövqedə qalmaqdadır. Ancaq danışıqlara hər iki tərəf meylli olmalıdır”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Dmitri Savelyev deyib.

“Lakin son vaxtlarda Ermənistanın rəsmi hakimiyyətinin yalnız bir məsələyə - sülh danışıqları prosesini pozmağa və münaqişənin eskalyasiyasına səbəb ola biləcək hərəkətlərini müşahidə etdik. Nəticə çox gecikmədi, danışıqlar prosesi pozuldu. Dağlıq Qarabağla sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar başladı. Fikrimcə, münaqişəyə son qoymağın yeganə yolu Ermənistan tərəfindən qeyd-şərtsiz işğal altında olan torpaqlardan bütün hərbi qüvvələrin çıxarılması və sülh prosesinə başlanmasıdır, qaçqınların Dağlıq Qarabağ torpağına qaytarılması və bu ərazinin Azərbaycan daxilindəki taleyini müəyyən edəcək referendumun keçirilməsidir”, - rusiyalı deputat söyləyib.

“Heç kimə qan lazım deyil, heç kimə Qafqaz bölgəsində gərginlik lazım deyil. Beynəlxalq hüquq çərçivəsində aparılan münaqişənin sülh yolu ilə həllinə yönəlmiş tədbirlər, şübhəsiz ki, həm Rusiya, həm də dünya ictimaiyyəti tərəfindən dəstəklənəcək”, - D.Savelyev bildirib.

Son xəbərlər

Orphus sistemi