Rusiya XİN başçısının müavini ATƏT təmsilçisi ilə Qarabağa dair müzakirə aparıb

Rusiya XİN başçısının müavini ATƏT təmsilçisi ilə Qarabağa dair müzakirə aparıb Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb
Qarabağ
10 Mart , 2021 17:32
Rusiya XİN başçısının müavini ATƏT təmsilçisi ilə Qarabağa dair müzakirə aparıb
Vladimir Titov

Rusiya xarici işlər nazirinin müavini Vladimir Titovla ATƏT-in fəaliyyətdə olan sədrinin Cənub Qafqaz üzrə xüsusi nümayəndəsi, xanım Annika Söder Cənub Qafqaz, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tərəflər Cənub Qafqazdakı regional şərait, o cümlədən Dağlıq Qarabağdakı problemlərlə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi