“3+3 regional məşvərət platforması Cənubi Qafqaz və qonşu ölkələrinin yaxınlaşmasına xidmət edən praqmatik, qeyri-siyasi formatdır”.
“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Sputnik”ə müsahibəsində bildirib.
“Birgə çalışmalarımızda müştərək maraq kəsb edən, etimadı artıran məsələlərə üstünlük veririk. Bunlar iqtisadi-ticari, nəqliyyat, mədəni-humanitar əlaqələrin gücləndirilməsi, ümumi təhlükələrə qarşı mübarizədir. 3+3-ün dekabrın 10-da Moskva şəhərində keçirilən ilk iclası göstərdi ki, iştirakçılar təkcə konstruktiv dialoq aparmaqda yox, həm də qarşılıqlı əməli əməkdaşlıqda maraqlıdır”, - o deyib.
A.Rudenko vurğulayıb ki, Gürcüstan ilk görüşdə iştirak etməsə də, bütün iştirakçılar həmin ölkənin sözügedən formata qoşulmasında maraqlıdırlar.