Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə edəcəklər

Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə edəcəklər Serj Sarkisyan martın 14-də Rusiyaya rəsmi səfər edəcək
Qarabağ
1 Mart , 2017 04:54
Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə edəcəklər

Bakı. 1 mart. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Rusiyaya rəsmi səfər edəcək.

"Report"un məlumatına görə, bu barədə "İzvestiya" qəzeti Ermənistan prezidenti administrasiyasındakı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, S.Sarkisyan Rusiya paytaxtında iki gün qalacaq və həmkarı Vladimir Putinlə görüşəcək. Dövlət başçıları ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, həmçinin Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə edəcəklər.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib. Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistan prezidentinin Rusiyaya səfər edəcəyini bildirib.  

Son xəbərlər

Orphus sistemi