Rusiya və Avstriya XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Rusiya və Avstriya XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər Moskvada Sergey Lavrov və Sebastyan Kurts arasında görüş baş tutub
Qarabağ
18 Yanvar , 2017 13:20
Rusiya və Avstriya XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Bakı. 18 yanvar. REPORT.AZ/ Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və bu il ATƏT-ə sədrlik edən Avstriyanın XİN başçısı Sebastyan Kurts arasında görüş keçirilib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın daha əvvəl bildirdiyinə görə, tərəflər geniş spektorlu məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini, Suriya, Ukrayna, eləcə də Yəmən və Liviyadakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi