Rusiya Azərbaycanın helikopterlə bağlı üzrxahlığını qəbul etdi

Rusiya Azərbaycanın helikopterlə bağlı üzrxahlığını qəbul etdi Moskva Bakının rəsmi Mİ-24 helikopteri ilə bağlı məsələdə öz günahını dərhal etiraf etməsini müsbət qiymətləndirir.
Qarabağ
10 Noyabr , 2020 01:17
Rusiya Azərbaycanın helikopterlə bağlı üzrxahlığını qəbul etdi

Rəsmi Moskva Bakının Mi-24 helikopterinin vurulması ilə bağlı məsələdə öz təqsirini dərhal etiraf etməsini müsbət qiymətləndirir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən bildirilib.

Rusiya XİN Azərbaycan tərəfinin bu hadisə ilə bağlı operativ araşdırma aparılacağı və təqsirkarların cəzalandırılacağı ilə əlaqədar verdiyi təminata da əminliyini qeyd edib.

Xatırladaq ki, dünən saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi