​Roma papası Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir

​Roma papası Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir Bu barədə İrəvanda Fransisk ilə II Qaregin arasında imzalanan birgə bəyannamədə deyilir
Qarabağ
101
26 İyun , 2016 18:59
​Roma papası Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir

Bakı. 26 iyun. REPORT.AZ/ Roma papası Fransisk Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İrəvanda Roma papası ilə erməni katalikos II Qaregin arasında imzalanan birgə bəyannamədə bildirilir.

"Dini fərqliliyə hörmət müxtəlif etnik və dini icmaların bir yerdə dinc şəraitdə yaşaması üçün zəruri şərtdir. Və biz xristianlar olaraq, sülh və barışıq yollarını axtarmaq və onları reallaşdırmağa yönəliyik. Biz bu mənadə ümid edirik ki, Dağlıq Qarabağla bağlı bütün məsələlər sülh yolu ilə həll olunacaq", — deyə birgə bəyannamədə qeyd olunur.

Son xəbərlər

Orphus sistemi