Regina Kovalyova: “Laçın yolu blokadaya alınmayıb”

Regina Kovalyova: “Laçın yolu blokadaya alınmayıb” “Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Xankəndi-Laçın yolu ilə sərbəst şəkildə hərəkət edir”.
Qarabağ
3 Fevral , 2023 12:51
Regina Kovalyova: “Laçın yolu blokadaya alınmayıb”

“Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Xankəndi-Laçın yolu ilə sərbəst şəkildə hərəkət edir”.

Bunu "Report"un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın Rus İcmasının üzvü, Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Yuri Kovalyovun qızı Regina Kovalyova deyib.

Onun sözlərinə görə, aksiyanın keçirildiyi yerdə çox mehriban ab-hava hökm sürür və yolun blokadaya alınmasından söhbət gedə bilməz.

"Artıq bir neçə gündür ki, buradayıq. Tələbimiz ekoloji terrora son qoymaqdır ki, Azərbaycanın ekologiyasına zərər dəyməsin", - o bildirib.

R.Kovalyova gələcəkdə bacısı ilə birlikdə Qarabağda atası, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun şərəfinə ağac əkməyi planlaşdırdığını vurğulayıb:

"Bu ağacı təkcə övladlarımız deyil, nəvələrimiz də görəcək. Biz Qarabağımızı mütləq yaşıllaşdıracağıq ", - R.Kovalyova fikrini tamamlayıb.

Xatırladaq ki, Xankəndi-Laçın yolunda etiraz aksiyası 54-cü gündür ki, davam edir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Son xəbərlər

Orphus sistemi