Ramil Usubov: “2021-ci ili məhz Zəfər dövrünün tərkib hissəsi, davamı kimi qəbul edirik”

Ramil Usubov: “2021-ci ili məhz Zəfər dövrünün tərkib hissəsi, davamı kimi qəbul edirik” “Fikrimcə, Vətən müharibəsində əldə olunan tarixi Qələbə bəlkə də yeganə hadisədir ki, ona münasibətdə vətəndaşlarımızın vəzifəsindən, siyasi mənsubiyyətindən, milli-dini baxışlarından asılı olmayaraq, fərqli mövqeyi yoxdur. Azərbaycan xalqının tarixi Zəf
Qarabağ
21 Dekabr , 2021 07:23
Ramil Usubov: “2021-ci ili məhz Zəfər dövrünün tərkib hissəsi, davamı kimi qəbul edirik”
Ramil Usubov

“Fikrimcə, Vətən müharibəsində əldə olunan tarixi Qələbə bəlkə də yeganə hadisədir ki, ona münasibətdə vətəndaşlarımızın vəzifəsindən, siyasi mənsubiyyətindən, milli-dini baxışlarından asılı olmayaraq, fərqli mövqeyi yoxdur. Azərbaycan xalqının tarixi Zəfərin yüksək ruhunu yaşaması, bu qələbənin möhtəşəm təəssüratlarının davam etməsi tam təbiidir və bu ovqat həmişə mövcud olacaqdır”.

"Report"un xəbərinə görə, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.

Azərbaycan Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ikiəsrlik münaqişənin həll olunması, haqqın, ədalətin, nəhayət, qalib gəlməsi əlahiddə tarixi hadisədir və o, ən mühüm dövlətçilik amili, xalqımızın qürur mənbəyi kimi Azərbaycan tarixində gələcəkdə də böyük iftixarla anılacaqdır: “Bu baxımdan mən, - yəqin, elə bütün vətəndaşlarımız da, - 2021-ci ili məhz Zəfər dövrünün tərkib hissəsi, davamı kimi qəbul edirik.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi altında Silahlı Qüvvələrimizin və xalqımızın müəllifi olduğu bu qələbə Azərbaycanın müstəqillik illərində artan gücünü, inkişafını bütün dünyaya göstərdi və uğurları davam edən mühüm hadisədir. Həm də ona yalnız tariximizin bir mərhələsinin layiqli yekunu kimi yanaşmamalıyıq, daha parlaq gələcəyi və yeni hədəfləri müəyyənləşdirən proses kimi qəbul etməliyik. Cənab Prezidentin “dəmir yumruğ”u təkcə tarixi ədaləti bərpa etmədi, indi artıq bütün bölgənin yeni inkişaf mərhələsini formalaşdırır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın, Cənubi Qafqazın etibarlı, möhkəm təhlükəsizlik sistemi yaradılır və ölkəmizin regionun lideri kimi beynəlxalq əhəmiyyəti yüksəlir”.

Azərbaycanda yaşayan bütün xalqların təmsilçilərinin iştirak etdiyi Vətən müharibəsi həmçinin Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının növbəti təntənəsi oldu: “Bir daha sübut olundu ki, ölkəmizdə yaşayan bütün sağlam əqidəli vətəndaşlar, millətindən, dinindən, ictimai baxışlarından asılı olmayaraq, ölkə Prezidentinin ətrafında səfərbər olublar və cənab İlham Əliyevə alternativsiz yeganə inam, etimad, vahid rəmz kimi yanaşırlar. Məhz bu faktorlar dövlətçiliyin gücünü, davamlı tərəqqisini və etibarlı təhlükəsizliyini təmin edən əsas amillərdir.

Ötən dövrün, demək olar ki, hər gününü xalqımız zəfər ovqatında keçirir. Həm Vətən uğrunda şəhid olan igidlərimizi sonsuz ehtiramla, böyük rəhmətlə anırıq, həm də azad olunan ərazilərimizin sürətlə dirçəlməsinə şahid oluruq”.

Son xəbərlər

Orphus sistemi