Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb Monitorinq Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilib
Qarabağ
25 Oktyabr , 2017 12:37
Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Mod.gov.az

Bakı. 25 oktyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepokrıtıx keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Martin Şuster və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Patrik Farrelli keçiriblər. 

Son xəbərlər

Orphus sistemi