QMİ sədri: "Ermənistan dini liderlərin görüşündə əldə olunan razılaşmaları həyata keçirmir"
Qarabağ
- 23 iyul, 2018
- 13:52
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə
Bakı. 23 iyul. REPORT.AZ/ “Təəssüf ki, erməni dini liderləri ilə indiyə kimi keçirdiyim görüşlərlə əldə olunan nəticələr, razılığa gəlinmiş qərarlar tam olaraq həyata keçmir, erməni tərəfinin əməli addımlarında öz əksini tapmır”.
“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Fransanın tanınmış yazıçısı Jerar Kardo ilə görüşdə deyib.
QMİ sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlandığı zamandan etibarən erməni dini liderləri ilə keçirdiyi görüşlər barədə qonağa geniş məlumat verib.
A.Paşazadə Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin sülh yolu ilə ədalətli həllinə yardımını əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
Son xəbərlər
10:20
AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verib
Maliyyə10:17
Foto
Video
"İrşad"da "Yaşıl Günlər" başladı!
Biznes10:15
EKTİS-də bəyan edilmiş payızlıq əkin sahələrinin həcmi 740 min hektara çatıb
ASK10:14
"Birmarket"in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
Biznes10:10
Babək Quliyev UEFA-dan təyinat alıb
Futbol10:09
Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək
Energetika10:04
Foto
Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
Daxili siyasət09:50
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb
Ekologiya09:49