"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "
"Report" xəbər verir ki, bu qətnamə layihələri assambleyanın əvvəlki sessiyası zamanı müzakirə olunmadığından, növbəti toplantının gündəliyinə müvafiq olaraq 38 və 32-ci bəndlər altında salınıb.
Sessiyanın gündəliyində ümumilikdə 172 bənd, o cümlədən sülh və təhlükəsizlik, silahsızlaşdırma, Afrikanın inkişafı, narkotiklərin qanunsuz yayılmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə və s. məsələlər var.
BMT Baş Assambleyasının 74-cü sessiyasının rəsmi açılışı sentyabrın 17-də Nyu-Yorkda keçiriləcək. Ənənəvi ümumi müzakirələr sentyabrın 24-dən 30-dək baş tutacaq.
Qeyd edək ki, Baş Assambleya BMT-nin əsas müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlərə dair qərarlar 2/3 səs çoxluğu ilə, digər məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər il sentyabr ayından dekabra qədər assambleya sessiyası fasiləsiz işləyir. Sonrakı dövrlərdə qurum ehtiyac duyulduğu təqdirdə iclaslarını keçirir.