Qarabağ qazisi: “Döyüşdə ayağımı itirdiyim yerlərdə olmaq istəyərdim"

Qarabağ qazisi: “Döyüşdə ayağımı itirdiyim yerlərdə olmaq istəyərdim" Ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Qubanın Amsar kəndinin sakini, 1995-ci il təvəllüdlü Anar Quliyev 44 günlük Vətən müharibəsində sağ ayağının topuqdan aşağı hissəsini minaya düşərək itirib.
Qarabağ
17 Noyabr , 2020 18:14
Qarabağ qazisi: “Döyüşdə ayağımı itirdiyim yerlərdə olmaq istəyərdim
Anar Quliyev

Ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Qubanın Amsar kəndinin sakini, 1995-ci il təvəllüdlü Anar Quliyev 44 günlük Vətən müharibəsində sağ ayağının topuqdan aşağı hissəsini minaya düşərək itirib.

"Report”un Şimal bürosu qazinin yaşadığı evə gedərək onunla və valideynlərilə görüşüb.

A.Quliyev böyük qürur hissi ilə keçdiyi döyüş yolundan danışaraq Suqovuşan istiqamətində minaya düşərək yaralandıqdan sonra hospitalda müalicə olunub. O, sağ ayağının topuqdan aşağı kəsildiyini əməliyyatdan sonra bilsə də, müharibənin Azərbaycanın qələbəsilə başa çatması ilə təsəlli tapdığını deyib.

Qazinin valideynləri isə Vətən müharibəsində torpaqlarımızın azad olunmasında oğullarının da az da olsa, xidməti olduğundan qürur duyduqlarını bildiriblər.

A.Quliyev sonda azad olunan torpaqlarımızdan ən birinci olaraq minaya düşərək ayağını itirdiyi Suqovuşan istiqamətindəki yerlərdə olmaq istədiyini, orada son döyüşünü və əsgər dostlarını yad etmək istədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi