“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib Bakı. 16 oktyabr. REPORT.AZ/ “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, tanınmış ictimai xadim, Qarabağ qazisi Etimad Əsədov vəfat edib.
Qarabağ
892
16 Oktyabr , 2018 09:07
“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, tanınmış ictimai xadim, Qarabağ qazisi Etimad Əsədov vəfat edib.

"Report"un xəbərinə görə, bir müddətdir ağ ciyər xəstəliyindən əziyyət çəkən E.Əsədov bu gün səhər saatlarında 55 yaşında dünyasını dəyişib.

O, bu gün Yeni Günəşli qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Əsədov Etimad Savalan oğlu 1963-cü ilin dekabrın 20-də Ağdam rayonunun Paprəvənd kəndində anadan olub.

836 saylı Ağdam ərazi özünü müdafiə batalyonunun tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, bir ayağını itirib.

O, 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi