Putinlə Sarkisyan regional və beynəlxalq məsələləri müzakirə edəcəklər

Putinlə Sarkisyan regional və beynəlxalq məsələləri müzakirə edəcəklər Dövlət başçıları beynəlxalq və regional məsələləri müzakirə edəcəklər
Qarabağ
23 Avqust , 2017 02:01
Putinlə Sarkisyan regional və beynəlxalq məsələləri müzakirə edəcəklər

Bakı. 23 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında danışıqlar keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Gözlənilir ki, iki ölkə lideri Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin bu ilin martında Ermənistan prezidentinin Rusiyaya rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların reallaşdırmasının gedişatına baxacaqlar", - deyə mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd edilib ki, ölkə başçıları ən mühüm beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Sarkisyan və Putin Moskvada martın ortalarında görüşüblər. Ermənistan prezidenti danışıqların nəticələri barədə danışarkən bildirib ki, Rusiya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların irəliləyişi üçün vacib şərtlərin yaradılmasını müzakirə edib.

Son xəbərlər

Orphus sistemi