Prezidentin xüsusi nümayəndəsi: "Yolumuz Ağdama" adlı səfərlərin təşkil olunması üçün işlər tamamlanmaq üzrədir"

Prezidentin xüsusi nümayəndəsi: "Yolumuz Ağdama" adlı səfərlərin təşkil olunması üçün işlər tamamlanmaq üzrədir" "Bu yaxınlarda Ağdam sakinləri üçün "Yolumuz Ağdama" adlı səfərlər təşkil olunacaq".
Qarabağ
2 Sentyabr , 2021 17:22
Prezidentin xüsusi nümayəndəsi: Yolumuz Ağdama adlı səfərlərin təşkil olunması üçün işlər tamamlanmaq üzrədir
Emin Hüseynov

"Bu yaxınlarda Ağdam sakinləri üçün "Yolumuz Ağdama" adlı səfərlər təşkil olunacaq".

Bunu "Report"a açıqlamasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı işlər tamamlanmaq üzrədir:

"Mina təhlükəsi hələ tam aradan qalxmayıb. Çox ciddi təhlükə hələ də qalmaqdadır. Biz təhlükəsizlik məsələlərini nəzərə alaraq geniş ictimaiyyətin iştirakı ilə bütün prosesləri həyata keçirmək niyyətindəyik".

Son xəbərlər

Orphus sistemi