Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını qaldırıb
Qarabağ
- 15 yanvar, 2021
- 08:35
Prezident İlham Əliyev işğaldan azad olunmuş Şuşa şəhərinin mərkəzində Azərbaycan bayrağını qaldırıb.
“Report” xəbər verir ki, bu, dövlət başçısının işğaldan azad olunan ərazilərə səfəri zamanı gerçəkləşib.
Prezident əvvəlcə diz çökərək bayrağı öpüb. Dövlət başçısı daha sonra Azərbaycan bayrağını dirəkdə ucaldıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Son xəbərlər
00:00
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Daxili siyasət00:00
Bu gün Laçın Şəhəri Günüdür
Daxili siyasət23:55
"Lufthansa" aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
İnfrastruktur23:50
Amerikalı müğənni Dolli Parton vəfat edib
Şou-biznes23:42
"SpaceX" Luizianada "Starship" üçün yeni kosmodrom inşa edəcək
Digər ölkələr23:30
İran Hörmüz boğazı ilə bağlı yeni plan təklif edib
Region23:21
Foto
Video
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Futbol23:10
Məzlum Abdi Suriyada SDQ-nin tamamilə buraxıldığını bəyan edib
Digər ölkələr23:06