Prezident: "Azərbaycan ordusunun dünyanın ən güclü ordularından olduğunu döyüş meydanında da sübut etmişik"

Qarabağ
  • 28 may, 2018
  • 10:23
Prezident: Azərbaycan ordusunun dünyanın ən güclü ordularından olduğunu döyüş meydanında da sübut etmişik

Bakı. 28 may. REPORT.AZ/ “Biz heç vaxt imkan verməyəcəyik ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti qurulsun".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayıb.

Prezident qeyd edib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır: "Bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyimizin qarantıdır”.

44 filmi