Peskov: "Sankt-Peterburqda Qarabağla bağlı danışıqlar mürəkkəb olacaq"

Peskov: "Sankt-Peterburqda Qarabağla bağlı danışıqlar mürəkkəb olacaq" "Qarşıdakı danışıqların əsas məsələsi - Qarabağda hərbi əməliyyatların yenidən başlamamasından sığortalanmaqdır"
Qarabağ
20 İyun , 2016 14:44
Peskov: Sankt-Peterburqda Qarabağla bağlı danışıqlar mürəkkəb olacaq

Bakı. 20 iyun. REPORT.AZ/ "Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı danışıqlarının əsas məqsədi Qarabağda hərbi əməliyyatların yenidən başlamamasından sığortalanmaqdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Burada əsas məsələ - hərbi əməliyyatların yenidən başlamasından sığortalanmaq, Qarabağ ətrafında gərginliyin başlaması anına qədər əldə olunan nailiyyətlərin puç olmasına yol verməməkdir", - Peskov qeyd edib. 

Onun sözlərinə görə, qarşıdakı danışıqlar mürəkkəb olacaq. 

"Rusiya prezidenti Vladimir Putin əvvəlcə Ermənistan prezidenti Serj Sarqsyan, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə ayrı-ayrılıqda görüşəcək. Bundan sonra üç prezidentin, yəni Vladimir Putin, İlham Əliyev və Serj Sarqsyanın danışıqları və işgüzar naharı baş tutacaq", - deyə D.Peskov əlavə edib. 

Son xəbərlər

Orphus sistemi