Rusiya Prezidenti Ermənistan baş naziri ilə Vyana görüşünü müzakirə edib - YENİLƏNİB

Rusiya Prezidenti Ermənistan baş naziri ilə Vyana görüşünü müzakirə edib - YENİLƏNİB Rusiya ATƏT-in Minsk qrupunun xətti ilə münaqişənin həlli yollarının əsas aspektlərinin tənzimlənməsinə gələcəkdə də səy göstərməyə hazırdır.
Qarabağ
1 Aprel , 2019 16:32
Rusiya Prezidenti Ermənistan baş naziri ilə Vyana görüşünü müzakirə edib - YENİLƏNİB

"Rusiya ATƏT-in Minsk qrupunun xətti ilə münaqişənin həlli yollarının əsas aspektlərinin tənzimlənməsinə gələcəkdə də səy göstərməyə hazırdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Vladimir Putin Ermənistanın baş naziri ilə telefon danışığında deyib.

*** 15:27

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

“Nikol Paşinyan Vladimir Putinə Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verib”, - Mətbuat xidməti vurğulayıb.

Bildirilib ki, tərəflər aprelin 4-də Rusiya-Ermənistan hökumətlərarası birgə iclasının vacibliyini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi